Bu gün Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-dən verilən məlumata görə, buna səbəb Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq kabel hava xəttində aparılacaq təmir işləridir.
"Bununla əlaqədar olaraq saat 14:00-dan saat 15:30-dək Kənd Xırdalan, Əzizbəyov, M. Ə. Rəsulzadə küçələri, Heydər Əliyev prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə qurumdan bildirilib.