Anar Quliyev: "Azərbaycanda 10 şəhərin baş planı təsdiq mərhələsindədir"
14:54 22.09.2025
İnfrastruktur
411
İndiyədək Azərbaycanda 79 şəhərin 65-i üçün baş plan yenilənib, daha 10 şəhərin planı təsdiq mərhələsindədir.
"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.
Onun sözlərinə görə, bu işlər beynəlxalq təcrübəli şəhərsalma mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və qlobal qabaqcıl təcrübə ilə uyğunluq təmin olunur: "Bu öhdəlik əsasında Azərbaycan şəhərsalma sahəsində hərtərəfli və gələcəyə yönəlik yanaşmanı qəbul edib. Bu strategiyanın mərkəzində isə paytaxtımızda davamlı inkişafı təmin edən, azad edilmiş ərazilərin transformasiyasına istiqamət verən inteqrasiyalı ərazi planlaşdırma çərçivəsi dayanır".
O əlavə edib ki şəhər transformasiyası vizionla başlayır – lakin yalnız baş planlama vasitəsilə reallığa çevrilir: "Yaxşı hazırlanmış baş plan şəhərin uzunmüddətli inkişaf xəritəsini təqdim edir. Bu plan torpaq istifadəsi, nəqliyyat, yaşayış, infrastruktur, ətraf mühit və iqtisadi inkişafı vahid baxış altında birləşdirir. Güclü baş plana sahib olan şəhərdə investorlar növbəti inkişaf koridorunu təxmin etməyə məcbur olmur. Onlar bunu aydın görür, planlaşdırır və inamla sərmayə yatırırlar".
Ölkədə şəhərsalma üzrə səlahiyyətli mərkəzi dövlət qurumu kimi baş planları güclü alət hesab edən A. Quliyev qeyd edib ki, sadəcə xəritə və ya normativ sənəd deyil, davamlı inkişafı istiqamətləndirən, sərmayəni cəlb edən və balanslı şəhərsalmanı təmin edən strateji yol xəritəsidir.
O qeyd edib ki, bu planlar investisiya qərarlarının verilməsində mühüm rol oynayır, qeyri-müəyyənliyi azaldır, investor risklərini minimuma endirir və əsas prioritetləri inteqrasiya edir: "2018-ci ildən etibarən məkan inkişafına kompleks yanaşma tətbiq olunaraq baş planların sistemli hazırlanması və icrasına başlanılıb. Ölkənin bütün şəhər və qəsəbələri 20 illik baş planlarla idarə olunur və bu planlar mütəmadi olaraq yenilənir ki, dəyişən tələblərə, yeni trendlərə və siyasət prioritetlərinə uyğunlaşdırıla bilsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya