Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib -ŞƏRH
11:23 22.09.2025
İnfrastruktur
681
Orta dəhlizin gücünü artırılmasında Zəngəzur dəhlizinin rolu böyük olacaq
Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi regional iqtisadi siyasətin strateji mərkəzinə çevirir.
Bu barədə Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, Orta Dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır:
“Gələcək illərdə, xüsusilə də Zəngəzur koridorunun işə düşməsi ilə bu göstəricinin daha da artması gözlənilir. Ölkədə yaradılmış müasir infrastruktur, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi təklif edir. Eyni zamanda xüsusi iqtisadi zonalar, müasir nəqliyyat və rəqəmsal infrastruktur istehsal, logistika, bərpa olunan enerji, rəqəmsal xidmətlər və yüksək dəyərli kənd təsərrüfatı üçün hazır platformalar təqdim edir”.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan regional iqtisadi siyasətin strateji mərkəzinə çevrilib:
"Bu gün ziddiyyətlərin dərinləşdiyi bir dövürdə ölkəmizdə zamanında ərsəyə gəlmiş Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizləri Azərbaycanı qitələri birləşdirən layihələrin müəllifi kimi etibarlı aktor olduğunu təsdiq etdirib. Çinin elan etdiyi “Bir kəmər, bir yol” layihəsinə könüllü şəkildə qoşulan Azərbaycan ”Orta dəhlizin” meydana gəlməsində əsas rol oynayır. Belə ki, Transxəzər logistik marşurutunun meydana gəlməsi, Bakı Beynəlxalq Ticarət Dəniz Limanı, Ələt Azad iqtisadi Zonası və Bakı Tiblisi Qars dəmir yolu ölkəmizin üzərindən daşınan yüklərin sürətlə artmasına səbəb olub. Çinlə Avropa arasında 700 milyard dollarlıq bir dövriyyənin olduğuna diqqət ayırsaq, Orta dəhlizin artan əhəmiyyətinin nə qədər böyük olduğunu görərik. Orta dəhlizin gücünü artırılmasında Zəngəzur dəhlizinin rolu böyük olacaq. Çünki, Zəngəzur dəhlizin açıldığı ilkin mərhələdə bu marşurut vasitəsilə 15 milyon ton yüklərin daşnacağı proqnozlaşdırılıb. Növbəti mərhələdə bu rəqəmlər daha böyük olacaq. Zəngəzur dəhlizi ancaq quru yolla yüklərin daşınması ilə kifayətlənməyəcək. Bu dəhliz vasitəsilə enerji resursları və rəqəmsal dəhlizlərinin də açılması planlaşdırılır".
Deputat əlavə edib ki, Zəngəzəur dəhlizi regionun nəqliyyat-logistika xəritəsinin arxitekturasına yenilik gətirəcək:
"Dövlər başçısının Azərbaycan Beynəlxalq İnvestisya Forumunun iştirakçılarına ünvanladığı məktubda bütün bu məsələlər geniş qeyd olunur və Azərbaycanın investisiyalar üçün açıq ölkə olduğu bildirilir. Biz regional əməkdaşlıq və təhlükəsizliyi təşviq edirik. Siyasətimiz bütün tərfdaşlarımızın maraqlarına uyğundur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat