Xəbər verdiyimiz kimi, bu il Bakıda yeni metro stansiyası istifadəyə veriləcək.
Bu barədə Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov yeni stansiyanın bənövşəyi hərəkət xətti üzrə olacağını bildirib.
O qeyd edib ki, Bakı metropoliteninin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə - Cəlil Məmmədquluzadə küçəsində yerləşir.
B.Məmmədov əlavə edib ki, stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq.