
Deputat: “Şəhər içində şəhər” konsepsiyası üzrə əməkdaşlıq sazişi ölkəmiz üçün mühümdür
08:16 23.09.2025
İnfrastruktur
385
BƏƏ-nin nəhəng holdinqlərindən biri ilə imzalanmış bu əməkdaşlıq həm də iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinin real təzahürüdür
“Şəhər içində şəhər” konsepsiyası Azərbaycanın beynəlxalq imicini də gücləndirəcək
Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Modon Holding"i arasında "Şəhər içində şəhər" konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb.
Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində baş tutub.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb.
Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin (Mohamed Hassan Alsuwaidi) iştirakı ilə baş tutub.
Ekspertlər hesab edir ki, regionda bərpaolunan enerji layihələrinin artması, rəqəmsal texnologiyaların tətbiqi və dayanıqlı nəqliyyat şəbəkələrinin qurulması bu ölkələrin rəqabət qabiliyyətini gücləndirir. İnvestisiyaların cəlbi və regional əməkdaşlığın dərinləşdirilməsi sayəsində Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal enerji xəritəsində strateji əhəmiyyətini daha da möhkəmləndirəcək.
Milli Məclisin deputatı Aydın HüseynovSherg.az-a bildirib ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış “Şəhər içində şəhər” konsepsiyası üzrə əməkdaşlıq sazişi ölkəmiz üçün strateji baxımdan mühüm hadisədir:

"Bu layihə təkcə iqtisadi deyil, həm də sosial və mədəni baxımdan yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Azərbaycanın paytaxtı Bakının müasir şəhərsalma konsepsiyası əsasında inkişafı, “ağıllı şəhər” elementlərinin tətbiqi və urbanizasiya sahəsində qabaqcıl təcrübələrin gətirilməsi ölkəmizin regionda nümunəvi modelə çevrilməsinə şərait yaradacaq. Bu saziş Azərbaycanın xarici investisiyalar üçün etibarlı məkana çevrildiyinin bariz göstəricisidir. BƏƏ-nin nəhəng holdinqlərindən biri ilə imzalanmış bu əməkdaşlıq həm də iki ölkə arasında strateji tərəfdaşlığın güclənməsinin real təzahürüdür. Layihənin həyata keçirilməsi infrastrukturun inkişafına, yeni yaşayış komplekslərinin, biznes mərkəzlərinin, sosial obyektlərin tikintisinə təkan verəcək. Bu, həm də minlərlə yeni iş yerlərinin yaradılması, iqtisadi fəallığın artırılması deməkdir. “Şəhər içində şəhər” konsepsiyası Bakının simasını daha da müasirləşdirməklə yanaşı, Azərbaycanın beynəlxalq imicini də gücləndirəcək. Bu layihə ölkəmizin yalnız enerji sahəsində deyil, həm də innovasiya, texnologiya və şəhərsalma sahəsində qabaqcıl mərkəzlərdən birinə çevrilmək iddiasını nümayiş etdirir. Ən əsası isə bu saziş Azərbaycanın uzunmüddətli inkişaf strategiyasına, xüsusilə də dayanıqlı şəhərsalma və yaşıl iqtisadiyyat hədəflərinə tam uyğun gəlir".
Deputatın fikrincə, imzalanan sənəd ölkəmiz üçün yeni bir inkişaf yolunun açılışıdır:
"Burada həm iqtisadi fayda, həm də modern şəhər mədəniyyətinin formalaşması, vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi hədəflənir. Azərbaycanın gələcəyini müəyyənləşdirən strateji layihələr sırasında bu saziş öz yeri və çəkisi ilə seçiləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya