Diferensial su tarifləri ilə bağlı təhlillər aparılır
11:14 03.10.2025
İnfrastruktur
463
Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib.
O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib:
“Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”.
Ə. Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir:
“Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb. Bizim strategiyadakı araşdırmalarımızın da məqsədi məhz belə əsaslandırılmış bir təklifi hazırlayıb Tarif Şurasına təqdim etməkdir. Bu məsələ üzərində iş davam edir, hələ təklifimizi rəsmi olaraq təqdim etməmişik”.
Ə. Şirinov qeyd edib ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin artacağını düşünürlər:
“Amma bu, əslində belə deyil. Əksinə, diferensial tarifin məqsədi aşağı gəlirli əhalini qorumaq, onlara güzəştli qiymətlər vermək, kommersiya və çox su istifadə edən obyektlər üçün isə tarifləri daha düzgün səviyyədə müəyyən etməkdir”.
“Bu sahədə biz “Azərqaz” və “Azərişıq” təcrübəsindən də faydalanacağıq. Çünki onlarda diferensial tarif mexanizmi artıq tətbiq olunub. Hazırda yalnız su kommunal sahəsində belə bir mexanizm mövcud deyil. Gələcəkdə biz bununla bağlı təkliflərimizi təqdim edəcəyik”, - deyə Ə. Şirinov əlavə edib.
Əşrəf
Əşrəf Mehdiyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm