2025-ci ildə dünya üzrə elektrik avtomobil satışları illik 20 faiz artaraq 20,7 milyon ədədə yüksəlib və rekord göstərici qeydə alınıb.
Sherg.az xəbər verir ki, bu barədə Londonda yerləşən Benchmark Mineral Intelligence şirkətinin hesabatında bildirilir. Satışların 12,9 milyon ədədi Çinin payına düşüb. Avropada elektrikli avtomobil bazarı ötən il 33 faiz böyüyərək ən sürətlə inkişaf edən regiona çevrilib.
Şimali Amerikada isə satışlar 4 faiz azalaraq 1,8 milyon olub. ABŞ-də elektrik avtomobil satışları cəmi 1 faiz artıb, bu il isə bazarda ciddi geriləmə gözlənilir.
Hesabatda Çin markalarının qlobal bazarlarda artan təsirinin elektrik avtomobil satışlarının əsas hərəkətverici qüvvələrindən biri olduğu vurğulanır.