Güzəşt yoxdur: Parkinqdə 24 saatdan çox qalan avtomobil “həbs” olunur

Ödənişli parklanma yerində avtomobili 24 saatdan artıq saxlamağa görə cərimə yazıldığına dair məlumatlar var. Sosial şəbəkələrdə belə məlumat yayılıb. Bildirilir ki, bu, qanunun tələbidir.

Məsələyə aydənlıq gətirən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov “Sherg.az”a açıqlamasında vəziyyəti izah etdi: 

-İnzibati Xətalar Məcəlləsinin 346-cımadndəsiə görə, parklanma qaydalarının pozulması inzibati xəta sayılır. Bu maddəyə əsasən əgər sürücü maşınını ödənişli parkinq yerinə qoyduqdan sonra SMS və ya proqram vasitəsilə parkinqi başlamazsa və ya ödəmə etmədən, ya da ödənilən vaxtdan artıq park edib çıxarsa, 20 manat məbləğində cərimə edilir. Nəqliyyat vasitəsi 24 saatdan artıq parklanma yerində saxlanıldıqda parklanma qaydaları pozulduğu üçün nəqliyyat vasitəsi müvəqqəti olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ən yaxın mühafizə olunan duracağında saxlanılır. Qanunda bunlar aydın şəkildə göstərilib. Burada anlaşılmayacaq və ya ajiotaj yaradacaq bir şey yoxdur. Ümumiyyətlə bizdə yol polisi sürücülərə çox güzəşt edir. Gürcüstanda siz belə bir hal görə bilməzsiniz. Orda ən xırda qayda pozuntusuna da həmən protokol tərtib olunur, cərimə yazılır. Məsələn bizdə papkinqin ilk 15 dəqiqəsi pulsuzdu. Avtomobil bu müddətdən artıq saxlandıqda 16-17 dəqiqədə kamera çəkir və avtomobil sahibi cərimələnir. Əgər sürücü avtomobili parkinqdə 24 saatdan artıq saxlayıbsa, avtomobil sahibinə zəng vururlar ki gəl, maşını götür. Lakin avtomobil parkinqdə müddətdən artıq saxlanırsa, cərimə yazılır artıq. Avtomobilin parkinqdə saxlanma müddəti ödənilən məbləğin müqabilindədir.