Metroda qatarlar arasında interval iki dəfə azaldıla bilər
13:43 25.09.2025
İnfrastruktur
304
Bakı Metropolitenində "Yaşıl" və "Qırmızı" xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minimuma endiriləcək.
Sherg.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir:
"Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. "Qırmızı xətt" üzrə "İçərişəhər" stansiyasının arxasında, "Yaşıl xətt" üzrə hərəkət edən qatarların dönməsi üçün isə "Xətai" stansiyasından sonrakı, "Bənövşəyi xətt"in şərti adı "Y-15" olan stansiyada dönmə kameraları inşa ediləcək. Artıq "İçərişəhər" stansiyası ilə bağlı işlərə başlanılıb. Bu kameralar inşa ediləndən sonra "Yaşıl" və "Qırmızı" xətlər üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra "Qırmızı xətt" üzrə hərəkət edən qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30 saniyəyə endirilə bilər".
Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya