
"Yeməyə yox, kefimizə soğan doğrayacağıq": Qiymət niyə bahalaşır? -AÇIQLAMA
10:39 09.01.2025
İqtisadiyyat
640
Özü göz yandıran soğanın son günlər artan qiyməti də könül açmır. Cəmi bir ay əvvəl 50 qəpiyə satılan bostan bitkisinin kiloqramını indi ən yaxşı halda 80 qəpiyə almaq olar.
ATV xəbər verir ki, daha çox soğan əkini ilə məşğul olan Ağdamlı fermerlər deyirlər ki, 2023-cü ildə soğan əkini çox olduğuna görə, əksər fermerlər məhsulu istədikləri qiymətə sata bilmədiklərindən ziyana düşüblər. Buna görə də, növbəti ildə az məhsul əkiblər.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının qiymət artımının qarşını almaq üçün saxlanma kameralarının sayının artırılmasına ehtiyac var.
İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, Azərbaycanda ən çox tələbat olan tərəvəz bitkilərindən biri soğandır:

“Azərbaycan soğanı dünyada özünün yüksək keyfiyyəti ilə seçilir. Bu baxımdanda Gürcüstanda, Ukraynada, Rusiyada, Polşada, Moldovada, Türkmənistanda, Belarusda, Pakistanda, Səudiyyə Ərəbistanında, BƏƏ-də, Qətərdə də istehlakçıların maraq dairəsindədir. Bundan öncəki illərdə bu tərəvəz məhsulu daxili tələbatı tam ödəmədiyi üçün Nazirlər Kabineti tərəfindən ölkədən çıxarılmasına rəsmi qadağa qoyulmuşdu. Rəsmi qadağa olmadığı təqdirdə isə qeyri rəsmi olaraq laborator analizlərdə uyğunsuzluqlar çıxması səbəbindən ölkədən çıxarılmasına ara sıra qadağalar tətbiq edilir. Qiymət statistikasına nəzər yetirsək, keçən ilin bu aylarında soğanın qiyməti 1,45 Azn-ə qədər qalxmışdı. Yəni, ilin bu aylarında həm evlərdə istifadə olunan, həm də müxtəlif restoranlar şəbəkələrinin məhsul spesifikasiyalarının tələblərinə cavab verən soğan bahalaşır. Buna səbəb isə Azərbaycanda soğanın saxlanılması üçün xüsusi anbarların olmamasıdır. Yəni fermerlər adi quru anbarlardan istifadə edir. Ümumiyyətlə avqust-sentyabr aylarında istehsal edilən soğan qışda satışa çıxarılması üçün anbarlarda saxlanılmalıdır. Məhsulu qapalı depoda 4 ay, açıq depoda isə maksimum 2 ay saxlamaq mümkündür. Bundan sonra məhsul xarab olmağa,çürüməyə,cücərməyə başlayır”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil