18 yaşlı tələbənin ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU
Yusif Nəzərli
12:42 30.01.2025
İqtisadiyyat
436
Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub.
Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət Məcəlləsinin 263.2 və 264-cü (ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib.
Bildirilib ki, 2023-cü ilin dekabrında C.Cəfərov "Mercedes-Benz" markalı avtomobillə şəhərin Müslüm Maqomayev küçəsi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - 2005-ci il təvəllüdlü Nazlı Hüseynova və onun tələbə yoldaşı İmamrza Sadıqzadəni vurub.
Mingəçevir Turizm Kollecinin 3-cü kurs tələbəsi olan N.Hüseynova hadisə yerində vəfat edib.
Hadisədən sonra Cəlal maşınla oradan uzaqlaşıb.
Qeyd edilib ki, C.Cəfərov keçmiş polis əməkdaşı olub və hadisədən bir müddət əvvəl öz raportu əsasında daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Məhkəmənin hökmü ilə ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli müəssisədə çəkəcək sürücünün 3 il nəqliyyat vasitəsini idarəetmə hüququ da məhdudlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi