Türkandan Pərvizə şok sözlər: “Yeni duet ortağını səfərdə desəydi...”

“...Bəlkə də, özüm mahnını və dueti paylaşardım”

“Sadəcə olaraq mənə demədən belə hadisə baş verdi"

Duet ortağı meyxanaçı Pərviz Bülbülədən ayrılan Müğənni Türkan Vəlizadə hadisənin baş vermə səbəbindən danışıb. "Sherg.az" xəbər verir ki, o ayrılmanın səbəblərini "Günün Sədası" verilişində qonaq olarkən açıqlayıb:

"Biz bu yaxınlarda Vasif və Pərvizlə səfərdə idik. Orda Pərvizlə  danışdıq. Vətənə dönəndən sonra yeni duetimiz olacaqdı.

 Mahnını da çox bəyənmişdim. Dönən kimi duetimizi və klipimizi çəkəcəkdik. Lakin onun yeni duet ortağı ilə qarşılaşdım. Uğurlar arzu edirəm. 

Bunu səfərdə desəydi, bəlkə də, özüm mahnını və dueti paylaşardım. Sadəcə olaraq
mənə demədən belə hadisə baş verdi".