Klarnet ifaçısı Hüseyn Məhəmmədov ikimərtəbəli evi haqqında danışıb.
"Sherg.az"ın məlumatına görə, klarnet ifaçısı "Qonağım ol" verilişində bu sözləri deyib:
"Evi 3 ilə tikdirmişəm. İkinci mərtəbəyə qalxmağa ərinirəm. Bilsəydim, bir mərtəbəli ev tikdirərdim. Həm pul az çıxır, həm də qalxıb-düşmürsən. İkimərtəbəli evi görməmişlikdən tikdirdim. Mənə deyirdilər, birmərtəbəli ev tikdir, qulaq asmadım. Kaş ki, elə edərdim".