190 manat hamını çaş-baş salıb
Məlahət Rzayeva
08:38 05.05.2020
İqtisadiyyat
940
"Problem ondadır ki, bəzi adamlar statusunu bilmir"
Pərviz Heydərov: "Əgər dövlət aztəminatlıların hamısına müavinət ödəyəcək olsa, vətəndaş məsuliyyətsizliyi yarana bilər"
Koronavirus pandemiyası dövründə Azərbaycan hökuməti, Prezident İlham Əliyevin göstərişi ilə iri həcmli sosial paket təklifi hazırlayıb. Hökumətin planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə dörd istiqamət üzrə tədbirlər əksini tapır. Bu istiqamətlər üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir, ayrılan vəsait 394 milyon manatdır. Məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə ayrılan 394 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondunun, 91 milyon manatı işsizlikdən sığorta fondunun büdcəsindən ayrılacaq. Dövlət və özəl sektoru üzrə işləyənlərə, işsizlərə, həssas qruplardan olanlara dəstək göstərilməsi nəzərdə tutulur.
İşsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may ayları üçün yaşayış minimumu həcmində – 190 manat birdəfəlik ödəmələr verilir.
Artıq minlərlə vətəndaşımız 190 manat birdəfəlik ödəmə alıb. Birdəfəlik ödəmələrin ümumilikdə 600 min vətəndaşı əhatə edəcəyi gözlənilir. Məlumdur ki, birdəfəlik ödəmələr koronavirus təhlükəsinə görə işləri bağlanan, karantin şəraitində işsiz qalan aztəminatlı ailələrə verilir.
Birdəfəlik ödəmə alanlarla yanaşı, müraciətlərinə imtina cavabı verilən vətəndaşlarımız da var. Sosial şəbəkədə bu haqda yazanlar imtinanın səbəbinin şəxsi avtomobilləri, daşınmaz əmlaka, torpaq sahəsinə mənsub olmaları ilə izah edildiyini bildirir, amma bununla razılaşmırlar. Belə əsas gətirirlər ki, 5-10 il əvvəl avtomobil almış şəxs hazırda işsizdirsə niyə ona 190 manat yardım edilməməlidir. Yaxud da kiminsə adına 2-3 sot torpaq sahəsi var, amma bundan istifadə etmir və faktiki işsizdir.
Belə vəziyyətdə bu kateqoriya vətəndaşlar üçün hansısa güzəştlərin ediləcəyini gözləmək olarmı?
İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında qeyd etdi ki, birdəfəlik ödəmələr əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə həyata keçirilir və işsizlər üçün nəzərdə tutulur:
- Pandemiyaya qədər işsiz kimi qeydiyyata alınmış şəxslərə sosial müavinət ödənilir. Bundan başqa, ünvanlı sosial müavinət də var. Burada anlaşılmazlıq yaradan nədir? Vətəndaş hesab edir ki, adına avtomobil, yaxud daşınmaz əmlak, torpaq sahəsinin olması birdəfəlik ödəmədən imtina edilməsi üçün əsas olmamalıdır. Amma, belə deyil. Qanunla vətəndaşın tabeliyində olan daşınar və daşınmaz əmlak istehsal vasitəsi sayılır. Yəni, vətəndaş tabeliyində olan bu vasitələrdən istifadə imkanına sahibdir. Ona görə də bu vətəndaşlara birdəfəlik ödəmə verilməsindən imtina cavabı gəlir. Problem həm də bundadır ki, vətəndaşlarımız sosial statuslarını müəyyənləşdirə bilmir. Bunun üçün savadları, hüquqi bilikləri yetərli deyil. Vətəndaş öncə öz statusunu dəqiqləşdirməlidir. İşsiz kateqoriyasına aiddirmi, yaxud, deyil. Məşğulluq Mərkəzində qeydiyyata alınanlara da işsiz statusu daimi verilmir. Onlar işsiz kimi qeydiyyata alınır və müəyyən müddətə onlara sosial müavinət ödənir. Bu, ona görədir ki, vətəndaş arxayın olmasın ki, dövlətdən daimi yardım alacaq və əlini-qolunu sallayıb müavinətə ümidli olsun. Vətəndaş ona edilən iş təkliflərini dəyərləndirməli və çalışmağa, işləməyə səy göstərməlidir. Hökumət sosial müavinətlərlə bağlı çərçivələri də buna görə yaradır. Və bir sıra şərtlər tətbiq edir. Məsələn, adına torpaq sahəsi, daşınmaz əmlak olanlara ünvanlı sosial yardım verilmir. Əgər dövlət aztəminatlıların hamısına müavinət ödəyəcək olsa, vətəndaş məsuliyyətsizliyi yarana bilər. Əmək qabiliyyətli kəsim də işləmək, çalışmaq həvəsində olmaz. Bu da cəmiyyətdə neqativ halların genişlənməsinə şərait yaradar. Dövlət çalışmalıdır ki, məşğul vətəndaşların sayı çox olsun, nəinki müxtəlif sosial müavinət alanların sayı. Dövlət vətəndaşa ancaq müəyyən müddətə kömək edir. Hesab edirəm ki, bu, doğrudur. Və tabeliyində istehsal vasitəsi olan vətəndaşlara birdəfəlik ödəmənin verilməsindən imtinaya da hökumətin haqqı var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə