2020-ci il qaziləri işlə təmin olunacaq
07:29 13.11.2020
İqtisadiyyat
1313
Qələbədə payı olan heç bir şəhidimiz, hərbçimiz diqqətdən kənarda qalmayacaq
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev müalicə olunan hərbçilərlə görüşündə Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunacaqlarını bildirib. İlham Əliyev qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacağını diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, bundan sonra onların həyatında yeni dövr başlayır: "Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız.
Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar. Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımi tədbirlər görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq".
Millət vəkili Vüqar Bayramov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ordumuz şanlı tarix yazaraq möhtəşəm tarixi qələbə əldə etdi, torpaqlarımız erməni işğalından azad edildi:
"Cənab Prezidentimizin qeyd etdiyi kimi, bu qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir".
V.Bayramov diqqətə çatdırıb ki, dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq:
"Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslər cənab Prezidentin tapşırığına əsasən, mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək. Bildiyimiz kimi, şəhid ailələrinin evlə təmin olunması, onların sosial həyatının yaxşılaşdırılması hər zaman dövlət siyasətinin əsas prioritetlərindəndir. Bununla yanaşı gələcəkdə 2020-c il qazilərimizin işlə təmin olunması da ən önəmli məsələlərdəndir.
Bu proseslərin daha da sürətlənməsi üçün xüsusi işlər görülür. Ümumiyyətlə, növbəti mərhələdə bununla bağlı xüsusi proqramların hazırlanması, xüsusən də dövlətin məşğulluq siyasətinin elementi olan iş yerlərinin təminatında məhz Qarabağ qazilərinə üstünlük veriləcək.
Bu baxımdan növbəti dövrlərdə qazilərin işlə təmin olunması, sosial təminatının gücləndirilməsi və yeni proqramların həyata keçirilməsini müşahidə edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət