2021-ci ildə Şuşada yaşayış bərpa ediləcək
02:36 03.02.2021
İqtisadiyyat
914
Bu şəhərin inkişafı ətrafda olan rayonlara da təsirsiz ötüşməyəcək
"Prezident İlham Əliyevin məmurlara ismarıcından belə qənaətə gəlmək olur ki, adı çəkilən vəzifəlilər yola salınmaq ərəfəsindədir. Yəni Prezident "Azəravtoyol", Mərkəzi Bank, FHN, Gömrük Komitəsi, AZAL, Sərhəd Qoşunlarının rəhbərlərinin işindən razı deyil. Cənab Prezident onların adını çəkməklə, digər məmurlara da bir mesaj vermiş oldu".
Bu sözləri "Şərq"ə açıqlamasında iqtisadçı-ekspert Rauf Qarayev deyib. Ekspert vurğulayıb ki, işğaldan azad edilmiş torpaqlarda nəyisə bərpa etmək, tikmək üçün razılığın verilməsi Prezident Administrasiyasının səlahiyyətindədir:
"Maraqlısı budur ki, qeyd olunan təşkilatların rəhbərləri Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda yox, məhz Şuşada öz regional bölmələrini tikmək istəyirlər. Nə səbəbə? Bunun cavabı odur ki, Şuşa digər yerlərə baxanda yaşayış və qalmaq üçün daha az dağıntıya məruz qalıb. Şuşanın iqtisadi perspektivi mədəni turizm sahəsi ilə bağlıdır.
Prezidentin çıxışından belə görünür ki, gələcəkdə Şuşada mədəniyyətlə bağlı bir sıra obyektlər tikiləcək. Və Azərbaycanın mədəniyyət muzeyi kimi fəaliyyət göstərəcək. Dünyanın ən möhtəşəm beynəlxalq mədəni festivallarının da orada keçirilməsi nəzərdə tutulur. Bu isə orada turizm axını ilə müşahidə olunacaq".
R.Qarayev qeyd edib ki, Füzulidə Beynəlxalq aeroportun tikilməsi Şuşaya gedişin rahatlığı üçün nəzərdə tutulub:
"Turizm axını tək investisiya gəlirləri ilə müşahidə olunmayacaq, bu həm də Azərbaycanın mədəni tarixini dünyaya tanıtmaq üçün bir vasitədir. Füsunkar təbiəti olan Şuşa Azərbaycanın boş yerə mədəniyyət paytaxtı elan edilməyib. Çünki Şuşanın inkişafı ətrafda olan rayonlara da təsirsiz ötüşməyəcək. Necə Bakı inkişaf etdikdə genişlənir və bu genişlənmə onun ətrafında olan ərazilərin dirçəlməsi üçün böyük rol oynayır, eləcə də Şuşa da o rolu oynayacaq. Bundan əlavə, digər ərazilərimiz Yaponiyanın atılan atom mərmisindən sonra Herosima şəhərini xatırlatsa da, (Herosimada ən azından torpaq üstündə hər hansı obyekt qalmışdı) Şuşa yeganə yerdir ki, oranı daha tez bərpa etmək mümkündür. Bu baxımdan 2021-ci ildə Şuşada yaşayış bərpa ediləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat