Azırbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat, xərcləri 38603,6 milyon manat icra olunub.
Maliyyə Nazirliyi xəbər verir ki, 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39131,1 milyon manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1969,3 milyon manat çox icra edilib.
Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24650,1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin 16353,5 milyon manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14481 milyon manatı və ya 37 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6369,9 milyon manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1200,8 milyon manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür