2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb

2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri açıqlanıb.

Sherg.az-ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, 2026-2029-cu illərdə dövlət xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:

- Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;

- İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

- Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;

- Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;

- Təhsilin və innovativ inkişafın dəstəklənməsi;

- Səhiyyə sisteminin müasirləşdirilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.