2026-cı ildə 19 saat daha artıq işləyəcəyik, amma daha az qazanacağıq - İqtisadçı

2025-ci ilin iş vaxtı norması 1903 saat olub. 2026-ci ilin iş vaxtı norması isə 1922 saat müəyyənləşib. Aradakı fərq 19 saatdır. Əmək haqqına necə, təsir edəcəkmi bu? İqtisadçı Rauf Qarayev 2025-ci ilin iş vaxtı norması ilə 2026-cı ilin iş vaxtı normasını müqayisə edib və ortaya heyrətli nəticə çıxıb: 

- 2025-ci ilin orta aylıq iş vaxt norması – 158.6 saat olub. 2026-ci ilin orta aylıq iş vaxt norması isə 160.17 saatdır. Aradakı fərq 1.57 saat edir. 2025-ci ilin orta aylıq iş günlərin sayı – 19.92 gün idisə, 2026-cı ilin orta aylıq iş günlərin sayı 20.08 gündür. Fərq 0.16 gün edir. Aylıq iş vaxtı fərqi 2025-ci illə 2026-ci il ildə belədir: yanvar 151 - 143 = 8 saat daha çox işləniləcək. Fevral 160 – 160 = 0 saat. Mart 111 – 110 = 1 saat daha çox işləniləcək.  Aprel 176 – 168  = 8 saat daha çox işləniləcək. May 134 – 158 = 24 saat daha az daha işləniləcək. İyun 159 – 134 = 25 saat daha çox işləniləcək, İyul 184-184 = 0 saat. Avqust 168-168 = 0 saat. Sentyabr 176 -176 = 0 saat. Oktyabr 176- 184 = 8 saat daha az işləniləcək. Noyabr 152 – 143 = 9 saat daha çox işləniləcək. Dekabr 175 – 175 = 0 saat. Buradan görünən odur ki, 2026-ci il bizi daha çox işləməyə vadar edəcək. Əmək məzuniyyəti üçün ən uyğun ay avqustdur. Səbəb budur ki, məzuniyyət günləri təqvim günü ilə götürüldüyü üçün avqustun 1-də 30 gün məzuniyyətə çıxan şəxs artıq 1 sentyabrda işdə olur və məbləğ baxımından heç nə itirmir. Həmin şəxs mart ayında əmək məzuniyyətinə çıxsa, burada istirahət günləri uzanır amma əmək məzuniyyəti üçün hesablanmış məbləğ dəyişməz qalır. Ona görə də əməkçi vətəndaşlar məzuniyyət vaxtını seçərkən həmin ayda iş və istirahət günlərinin sayını nəzərə alsınlar.