Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı 2048-ci ildə hələ də böyük potensiala və məhsuldarlığa malik olacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı BP şirkətinin “Azəri-Çıraq-Günəşlı” sahəsinin işlənməsi üzrə menecer Əfqan Hüseynov bildirib.
Onun sözlərinə görə, “Şahdəniz” 2006-cı ildə istismara verilib və həmin vaxtdan yataqdan hasil olunan qaz regional və Avropa bazarlarına çatdırılır.
Əfqan Hüseynov onu da qeyd edib ki, 2048-ci ildə də (“Şahdəniz”in işlənilməsinin cari Hasilatın Pay Bölgüsü Sazişinin müddətinin bitəcəyi il – red.) yataqda lay təzyiqi göstəricisi kifayət qədər yüksək səviyyədə olacaq
“Bu da Xəzər hövzəsinin əhəmiyyətini göstərir və onun böyük ehtiyatlarını nümayiş etdirir”, - BP nümayəndəsi vurğulayıb.