Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.13 ABŞ dolları və ya 1.30% azalaraq 85.73 ABŞ dollarına enib.
Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.