2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta yığımları 27,8% artaraq 1 mlrd. 19,745 milyon manata çatıb.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə ümumi sığorta ödənişlərinin həcmi isə 26,7% artaraq 455,012 milyon manata yüksəlib.
Sığorta yığımları artım dinamikasının daha yüksək olması sığorta bazarının zərərliliyinə də təsir edib. Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında sığortaçılar topladıqları hər 100 manatın 45 manatını ödənişə yönləndirmişdilərsə, bu ilin eyni dövründə bu rəqəm 44,6 manata kimi azalıb.