Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 908.2 milyon manat xalis mənfəət əldə edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 18% çoxdur. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektoru 769.9 milyon manat xalis mənfəət əldə edib.