“S&P Global Ratings” Azərbaycanın bank sektoru üzrə proqnozunu açıqlayıb

Azərbaycanın bank sektorunun gəlirliliyi (RoAA) 2023-cü ildə 2,1%, 2024-cü ildə isə 2,0% təşkil edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq kredit reytinq agentliyinin Azərbaycan bank sektoru üzrə proqnozunda bildirilib.
Agentlik qeyd edib ki, bank sektoru üzrə gəlirlilik təxminən 2022-ci il səviyyəsində proqnozlaşdırılıb. Pərakəndə məhsullara, risk maya dəyərinin normallaşdırılmasına və əməliyyat xərclərinə nəzarətə yönəlmiş yeni kredit artımı sabit gəlirliliyin əsasını təşkil edəcək.
Reytinq agentliyi bank sektorunun kredit portfelinin 2023-cü ildə 15%, 2024-cü ildə isə 10% artacağını müəyyən edib. S&P həmçinin, problemli kreditlərin bu il 4,0%, 2024-cü ildə isə 4,5%-ə qədər artacağını proqnozlaşdırıb. “Biz ümid edirik ki, problemli kreditlər 30 iyun 2023-cü il tarixindəki 3,5%-dən növbəti 24 ay ərzində 4,0%-4,5%-ə qədər arta bilər, çünki aşağı artım mühitində kreditlər mövsümü olur və banklar 2023-cü ildə əlavə ehtiyat ehtiyacları ilə üzləşəcəklər. 2023-2024-cü illərdə kredit itkiləri orta kredit kitablarının 1,0%-1,2%-i səviyyəsində qalacaq" - Agenliyin proqnozunda qeyd edilib.