Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Türkiyə lirəsi dollar qarşısında kəskin şəkildə ucuzlaşmaqda davam edir.

"APA-Economics"in məlumatına görə, sentyabrın 21-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib, 34,09 səviyyəsinə qədər yüksəlib.

Avro/Türkiyə Lirəsi məzənnəsi isə 38,18 səviyyəsini test edib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,2% dəyər itirib. Son bir ayda isə lirə 1% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 33,97 TL, satış üzrə 34,03 TL müəyyən edib.