Türkiyə lirəsi 2029-cu ilə kimi Azərbaycan manatı qarşısında ucuzlaşmaqda davam edəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə "The Economist Group"un araşdırma və təhlil bölməsi olan "Economist Intelligence Unit"in (EIU) ölkə ilə bağlı proqnozunda bildirilib.
EIU-nun proqnozuna görə, qarşıdakı TL manat qarşısında 4 il ərzində 24% civarında ucuzlaşacaq. Türkiyə lirəsinin məzənnəsi 2024-cü il üzrə 0,050 AZN, 2025-ci ildə 0,42 AZN, 2026, 2027 və 2028-ci illərdə isə 0,38 AZN səviyyəsində formalaşacaq.
Qeyd edək ki, Türkiyə lirəsi hazırda digər valyutalar qarşısında ucuzlaşmaqda davam edir. TL dollar qarşısında 34 səviyyəsinə qədər düşüb. Azərbaycan Mərkəzi Bankının açıqladığı son məzənnəyə əsasən, TL 0.0498 manat səviyyəsində ticarət edilir.