AMB-nin İdarə Heyətində dəyişikliklərin səbəbi açıqlanıb

Mərkəzi Bankın İdarə Heyətinə gözlənilən dəyişikliklərin səbəbi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

“Bunun səbəbi çox sadədir. Qanuna əsasən AMB-nin İdarə Heyəti 7 üzv və 2 müstəqil üzvlə fəaliyyət göstərməlidir. Amma iki ildən artıq müddətdə İdarə Heyəti məhdud heyətlə fəaliyyət göstərib. 2024-cü ilin əvvəlində AMB strategiya qəbul edib. Bu strategiyanım həyata keçirilməsi və ölkə başçısının qarşıya qoyduğu məqsədləri dəstəkləyən mandanın uğurlu həyata keçirilməsi üçün buna ehtiyac var”, - deyə T.Kazımov əlavə edib.