Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası yaradılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün "X" hesabında qeyd edib.
O bildirilib ki, bununla bağlı memorandum imzalanıb. "Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək" - AMB sədri əlavə edib.