Slovakiya Rusiyadan neft tədarükünü saxlamaqda maraqlıdır.
APA xəbər verir ki, bu barədə Macarıstanda işgüzar səfərdə olan Slovakiyanın xarici işlər naziri Yuray Blanar jurnalistlərə bildirib.
“Rusiya neftinin idxalına qoyulan qadağaya dair istisnanın uzadılması məsələsini Avropa Komissiyası qarşısında qaldırmaq istərdik”, - nazir qeyd edib.