AMB: Banklar yaşıl keçidi dəstəkləmək üçün səylərini əsirgəməyəcək

Azərbaycan bank sektoru COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi üçün 2 mlrd. manatlıq maliyyə öhdəliyi götürüb. Azərbaycan Mərkəzi Bankı tərəfindən bu hədəflərə nail olmaq üçün yaşıl taksanomiya qəbul edilib.

“APA-Economics” xəbər verir ki, Bakıda VIII Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov deyib.

O bildirib ki, bu addım bank sektorunun ekoloji məsuliyyətinin artırılmasına və davamlı inkişafa təkan verəcək.

“Yaşıl keçidi dəstəkləmək üçün banklar səylərini əsirgəməyəcək”, - deyə Vüsal Xəlilov əlavə edib.