Dünya bazarlarında neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 1,47% artaraq 1 barelə görə 74,49 ABŞ dolları təşkil edib.

"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 1,81% artaraq 1 barelə görə 71,29 ABŞ dolları olub.