2025-ci ildə dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin hansı mənbə hesabına 40 milyon manat artırıldığı məlum olub.
APA-nın xəbərinə görə, Milli Məclisin birinci və ikinci oxunuşda qəbul etdiyi “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 840 milyon manat proqnozlaşdırılsa da, üçüncü oxunuşda bu mənbə üzrə proqnozlaşdırılan gəlir 880 milyon manata qaldırılıb.