Qurğuşun ixracı Azərbaycana 13 milyon dollardan çox gəlir gətirib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan 13,4 milyon ABŞ dolları dəyərində 6,6 min ton qurğuşun və ondan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 166 min ABŞ dolları (və ya 1,2%) az, həcm ifadəsində isə 21 ton (və ya 0,3%) çoxdur.

Ötən ilin ilk 11 ayında qurğuşun və ondan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,06%-ni təşkil edib.

Eyni zamanda, ötən ilin ilk 11 ayında Azərbaycana 767 min ABŞ dolları dəyərində qurğuşun və ondan hazırlanan məmulatlar idxal edilib ki, bu da bir il əvvələ nisbətən 475 min ABŞ dolları və ya 2,6 dəfə çoxdur.