Ötən iki ayda Bakı-Tbilisi-Ceyhan xətti ilə 4,4 milyon ton neft nəql olunub

Bu ilin yanvar-fevral aylarında dünya bazarına çıxarılan Azərbaycan neftinin 73,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə nəql edilib.

Dövlət Statistika Komitəsindən Sherg.az-a verilən məlumata görə, ötən iki ayda bu kəmər vasitəsilə 4 milyon 429,5 min ton neft ötürülüb.

Qeyd edək ki, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,9 faizini, yəni 3 milyon 718 min tonunu Azərbaycanda hasil edilən neft, 16,1 faizini, yəni 711,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Onu da bildirək ki, yanvar-fevral aylarında magistral neft kəmərləri ilə Azərbaycandan dünya bazarına, ümumilikdə, 6 milyon 48,7 min ton neft nəql edilib.