TRACECA aktivləşir: İran–Azərbaycan–Gürcüstan marşrutu gündəmdədir
Yusif Nəzərli
02:06 06.05.2025
İqtisadiyyat
655
“Bu dəhliz İranı Qafqaz üzərindən Qara dənizə və Avropa bazarlarına birbaşa çıxışla təmin edə bilər. Beləliklə, İran sanksiyalar fonunda iqtisadi alternativlərini genişləndirmiş olur”
İran TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu barədə ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.
Müşavirin sözlərinə görə, bu il İranın yol və şəhərsalma naziri TRACECA Hökumətlərarası Komissiyasına sədrlik edəcək. Bundan əlavə, A.Tərfe vurğulayıb ki, İran və Türkmənistan arasında illik tranzit daşımalarının həcminin 20 milyon tona çatdırılmasını nəzərdə tutan “yol xəritəsi” haqqında saziş imzalana bilər. O bildirib ki, sənədin İran və Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 17-19 may tarixlərində keçiriləcək iclası çərçivəsində imzalanması gözlənilir.
Müşavir həmçinin qeyd edib ki, 2025-ci il martın 21-dən 2026-cı il martın 20-dək “Şimal-Cənub” dəhlizinin İran ərazisindən keçən şərq istiqaməti üzrə 3 milyon ton yükün daşınması planlaşdırılır. Xatırladaq ki, TRACECA bütün iştirakçı ölkələrin siyasi iradəsinə və ümumi səylərinə əsaslanan fəal tədbirlər vasitəsilə Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında iqtisadi münasibətlərin, ticarətin və nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış proqramdır. Bu gün TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin 14 iştirakçı ölkəsinin – Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir.
Qeyd edək ki, TRACECA-nın əsas məqsədlərindən biri də region ölkələri arasında nəqliyyat əlaqələrini artırmaqdır. İran bu platforma vasitəsilə daha fəal oyunçuya çevrilməyə çalışır və regional inteqrasiyaya töhfə vermək istəyir. Bu, İranın regional nəqliyyat və logistika sahəsindəki fəal rolunu gücləndirməyə yönəlmiş strateji addımlardan biridir. Proqnozlara görə, İranın TRACECA çərçivəsində İran–Azərbaycan–Gürcüstan tranzit dəhlizinin yaradılması təşəbbüsü, regionda nəqliyyat-logistika sahəsindəki dinamikanın yenidən formalaşmasına səbəb ola bilər.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi də “Sherg.az”a açıqlamasında TRACECA-nın hazırda Avropa-Qafqaz-Asiyanı logistik olaraq birləşdirən böyük layihə olduğunu bildirib. Onun sözlərinə görə, bu marşrut üzrə Avropa və Asiyanın 14 ölkəsi iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin inkişafına xidmət etmək üçün yaradılıb:
“Hazırda Litvanın şəbəkəyə müşahidəçi qismində qoşulması layihənin perspektivinin uğurlu olacağına işarədir. İranın TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizi təşəbbüsünü regional nəqliyyat marşrutlarına və Azərbaycanın tranzit potensialına müsbət təsir göstərəcəyi şübhəsizdir. Təbii ki, bu təklif əsasən İran üçün həyatı vacibdir, lakin bu istiqamətdə logistik xidmətlər üçün bizə də geniş imkanlar aça bilər. Bu layihə iştirakçı dövlətlər arasında tranzit ödənişlərin rəqabətli səviyyədə saxlanılması razılığına və sərhəddən keçmənin rəsmiləşdirilməsini sadələşdirəcək. TRACECA Mərkəzi Asiyanı dəniz yolları vasitəsilə dünya bazarları ilə birləşdirən ən qısa və potensial cəhətdən ən sürətli və ən ucuz marşrut hesab olunur. Bu dəhliz İranı Qafqaz üzərindən Qara dənizə və Avropa bazarlarına birbaşa çıxışla təmin edə bilər. Beləliklə, İran sanksiyalar fonunda iqtisadi alternativlərini genişləndirmiş olur. Azərbaycanın tranzit ölkə kimi mövqeyi daha da güclənir və əlavə gəlir imkanları yaranır. Gürcüstan limanları (Poti, Batumi) vasitəsilə bu dəhliz Qara dənizə çıxışı təmin edir, ölkənin tranzit rolu artır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi