
Türk dövlətlərinin vahid valyuta məsələsi hələ tezdir - EKSPERT
07:43 12.06.2025
İqtisadiyyat
483
Eldəniz Əmirov Türk dövlətlərinin iqtisadi inteqrasiyası ilə bağlı açıqlama verib
"Son illər Türk dövlətləri arasında əməkdaşlıq istiqamətində atılan addımlar, xüsusən də Türk İnvestisiya Fondunun (TİF) yaradılması mühüm əhəmiyyət kəsb edir".
Bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, lakin bu fondun yalnız “yaxşı niyyət” səviyyəsində qalmaması, əsl beynəlxalq maliyyə institutuna çevrilməsi üçün ciddi məsələlər var:

"TİF yaradılarkən kapitalı 500 milyon dollar idi. Hazırda isə TİF-in kapitalı 600 milyon dollar həddindədir. Müqayisə üçün deyim ki, Asiya İnkişaf Bankının ödənilmiş kapitalı 7,5 milyard dolları aşır, əməliyyat portfeli isə 120-130 milyard dollar civarındadır. Türk dövlətləri üçün TİF-in uğurlu gələcəyi ilk növbədə maliyyə dayanıqlığından asılıdır. Kapitalın artırılması, beynəlxalq maliyyə bazarlarına çıxış və etibarlı investisiya mənbələrinin təmin edilməsi burada əsas şərtdir. Odur ki, TİF yalnız bir neçə sahə ilə məhdudlaşmamalı, geniş sektoral və regional portfel formalaşdırmalıdır. Bu, fondun həm təsir dairəsini, həm də dayanıqlığını artıracaq. Əlbəttə ki, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də mütləqdir. Çünki qlobal təcrübə göstərir ki, bu reytinqlər fondun etibarlılığını artırır və beynəlxalq sərmayələri cəlb edir".
E.Əmirova görə, digər bir vacib məsələ isə idarəetmə və hüquqi baza ilə bağlıdır:
"Çünki bu, ən azı maliyyə dayanıqlığı qədər əhəmiyyətlidir. Şəffaf və beynəlxalq standartlara uyğun idarəetmə olmadan fondun uğurlu gələcəyi mümkün deyil. Bu məqsədlə, hüquqi baza əvvəlcədən formalaşdırılmalı və beynəlxalq səviyyədə tanınmalıdır. Ümumiyyətlə isə türk dövlətlərinin coğrafi mövqeyi - Şərqlə Qərbin kəsişməsində yerləşməsi, zəngin enerji resursları və nəqliyyat dəhlizlərinin potensialı TİF üçün əvəzolunmaz imkanlar yaradır. Xüsusilə bölgədə müasir logistik mərkəzlərin, rəqəmsal nəqliyyat platformalarının və azad iqtisadi zonaların inkişafı vacib investisiya istiqamətləridir. Bu sahələr, Türk dövlətlərinin potensialını daha da üzə çıxaracaq. Bu fondun perspektivlərə dair təkliflərimə gəlincə, TİF-in kapital artımı üçün üzv dövlətlərin əlavə öhdəliklər götürməsi və özəl sektor tərəfdaşlığı modellərinin təşviqi vacibdir. Hüquqi və monitorinq sistemi yaradılaraq, şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Regional və sektoral balanslı investisiya portfeli hazırlanmalı, beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığa start verilməlidir".
İqtisadçıya görə, eyni zamanda, nəqliyyat və logistika, bərpa olunan enerji və rəqəmsal infrastruktur kimi sahələrə xüsusi diqqət ayrılmalıdır:
"Az qala unudacaqdım, yəqin ki, bir çoxları vahid valyuta məsələsini də düşünür. Bununla bağlı qeyd etmək istəyirəm ki, indiki mərhələdə bu, mümkün deyil. Çünki müxtəlif dövlətlərin vahid valyutaya keçməsi üçün, hər şeydən əvvəl, onların inkişaf səviyyəsi demək olar ki, eyni olmalı, maliyyə-bank sektoru isə dərin inteqrasiya prosesini keçməlidir. Son illərdə Türk dövlətləri bir-birinə çox yaxınlaşıblar, amma bu yaxınlaşma vahid valyuta rejimi üçün tələb olunan səviyyəyə çatmayıb. Bu ölkələrin inkişaf səviyyəsi, milli valyutalarının möhkəmliyi, eləcə də iqtisadiyyatlarının dayanıqlılığı və sabitliyi çox fərqlidir. Avropa İttifaqının təcrübəsi buna əyani sübutdur. Onlar vahid valyutaya keçmək üçün 40 ildən çox vaxt sərf etdilər. Bu səbəbdən, vahid valyuta mövzusunu indi gündəmə gətirmək, məncə, hələ tezdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya