ABŞ "Brent" markalı neftin qiymət proqnozunu artırdı
Yusif Nəzərli
16:01 11.06.2025
İqtisadiyyat
428
ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) bu il üçün "Brent" markalı neftin bir barel qiyməti üzrə proqnozunu əvvəlki hesabatla müqayisədə 0,12 dollar artıraraq 65,97 dollar səviyyəsinə qaldırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2025-ci ilin iyun ayına dair Qısamüddətli Enerji Görünüşü Hesabatında bildirilib.
Hesabatda qeyd edilir ki, may ayında qlobal neft tələbinin artımında yavaşlama və OPEC+ qrupunun hasilatı artırması nəticəsində qlobal neft ehtiyatlarında artım qeydə alınıb. Bu amillər qiymətlərə aşağı istiqamətli təzyiq yaradaraq, neftin dördüncü aydır ki, ardıcıl olaraq ucuzlaşmasına səbəb olub.
Proqnozlara görə, ilin ilk beş ayında artan ehtiyatlar ilin sonuna qədər gündəlik orta hesabla 800 min barel artacaq. Bu artım əsasən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrdə neft tələbinin azalması və OPEC+ və qeyri-OPEC ölkələrinin təklifindəki artımla əlaqələndirilir.
İlin ikinci yarısından isə qlobal neft hasilatının yavaşlaması və ABŞ-da hasilatın sabit qalması ilə tələbin artması gözlənilir. Bu şəraitdə 2026-cı ildə gündəlik ehtiyat artımının orta hesabla 600 min barelə qədər azalacağı və bazarda tarazlığa doğru meylin müşahidə olunacağı proqnozlaşdırılır.
Brent markalı neftin bu il üzrə orta qiymətinin 65,97 dollar, West Texas Intermediate (WTI) markalı neftin isə 62,33 dollar olacağı gözlənilir. Müvafiq olaraq, gələn il üçün bu qiymətlər Brent üçün 59,24 dollar, WTI üçün isə 55,58 dollar səviyyəsində proqnozlaşdırılır.
Əlavə olaraq, hesabatda, neft bazarına təsir edə biləcək risklərə də diqqət çəkilir. Kanadada meşə yanğınları, Rusiya-Ukrayna müharibəsi, Liviyada mümkün ixrac fasilələri, OPEC+ qrupunun hasilat koordinasiyası və ABŞ-ın İran, Rusiya və Venesuelaya qarşı tətbiq etdiyi sanksiyalar qiymət proqnozlarında qeyri-müəyyənlik yaradan əsas faktorlar kimi göstərilir.
ABŞ-da bu il orta gündəlik xam neft hasilatının 13,42 milyon barel olacağı gözlənilir. Müqayisə üçün bildirək ki, bu rəqəm ötən il 13,21 milyon barel olub. 2026-ci ildə isə hasilatın 13 milyon 370 min barel səviyyəsində olacağı proqnozlaşdırılır.
Bundan əlavə, bu il qlobal neft tədarükünün gündəlik orta hesabla 104 milyon 350 min barel, qlobal istehlakın isə 103 milyon 530 min barel olacağı gözlənilir. 2026-cı ildə bu göstəricilər müvafiq olaraq 105 milyon 140 min və 104 milyon 580 min barel səviyyəsində proqnozlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi
Azərbaycan mühacirlərinin "Aras"ı
13:22 27.07.2026
Tarix
Faktiki hava açıqlanıb
13:20 27.07.2026
Ekologiya