Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır.
"Report" xəbər verir ki, bunu "Comex" birjasının məlumatları göstərir.
Bakı vaxtı ilə 20:02-yə Comex birjasında qızıl üzrə dekabr fyuçerslərinin kotirovkaları 1,9% azalaraq bir unsiya üçün 4 096,7 dollara enib. 22:07-yə qiymətli metalın qiyməti bir unsiya üçün 4 104,8 dollara qədər aşağı düşüb.
ABŞ-də sentyabr ayında istehlak qiymətləri (CPI indeksi) illik ifadədə 3,7% artıb, bu barədə Əmək Nazirliyi məlumat verib. İnflyasiya bir ay əvvəlki 3,4% ilə müqayisədə sürətlənib və aprel ayından bəri maksimum olub. "Trading Economics"in təqdim etdiyi analitiklərin konsensus-proqnozu sentyabr ayında qiymətlərin 3,6% artımını nəzərdə tuturdu.