ABŞ dolları dəyərini tamamilə itirəcək - Simpsonların proqnozları

2026-cı ilə keçidlə birlikdə dünyada baş verən bir sıra hadisələri illər əvvəl "proqnozlaşdırdığı” iddia edilən “The Simpsons” animasiya serialı yenidən geniş müzakirə mövzusuna çevrilib. Sherg.az xəbər verir ki, serialda illər öncə nümayiş olunan bəzi səhnələrin bu gün reallıqla üst-üstə düşdüyü iddiaları sosial mediada böyük maraq doğurub.

1989-cu ildən yayımlanan serialın Donald Trampın prezident seçilməsi, pandemiya, iqtisadi dalğalanmalar, süni intellektin yüksəlişi, iqlim böhranı və texnologiya asılılığı kimi mövzuları vaxtından əvvəl gündəmə gətirməsi “təsadüf” ehtimalını arxa plana keçirib.

Sosial mediada yayılan təhlillərə görə, 2026-cı ildən etibarən ənənəvi pul vahidlərinin təsir gücünü itirəcəyi və tamamilə rəqəmsal əsaslı maliyyə sisteminə keçidin sürətlənəcəyi proqnozlaşdırılır.

Hətta serialın bəzi bölümlərində ABŞ dollarının dəyərini tamamilə itirdiyi səhnələrin yer alması, qlobal miqyasda “iqtisadi sıfırlanma” ilə bağlı iddiaları daha da gücləndirir.

Bundan başqa, "Bart to the Future” bölümündə virtual reallıq və texnologiyanın insan həyatını tam nəzarətə götürməsi, bu gün uşaqlar və gənclər arasında artan rəqəmsal yorğunluq və süni intellekt asılılığı ilə paralel qiymətləndirilir.

Serialın “Marge in Chains” bölümündə Afrikadan yayılan yeni bir epidemiyanın təsvir olunması isə COVID-19-dan sonra yeni bir qlobal yoluxucu xəstəlik ehtimalı ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Eyni zamanda iqlim dəyişiklikləri, ekstremal hava hadisələri və quraqlıqla bağlı səhnələr bugünkü qlobal iqlim böhranı ilə əlaqələndirilir.

Mövzu sosial mediada geniş rezonans doğurub: bəzi istifadəçilər Simpsonların gələcəyi “bildiyini” iddia edir, digərləri isə bunu sadəcə uzunmüddətli müşahidə və ssenari ustalığı ilə izah edir.