ABŞ və Azərbaycan arasında enerji sahəsində davamlı əməkdaşlıq mövcuddur -İqtisadçı
13:03 03.06.2025
İqtisadiyyat
724
Xalid Kərimli: Tramp da Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılmasının strateji əhəmiyyətini dərk edir
ABŞ Prezidenti Donald Tramp 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”a təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Əziz cənab Prezident.
Sizi və Azərbaycan xalqını səmimi-qəlbdən 30-cu Bakı Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi münasibətilə təbrik edirəm. Bu, Azərbaycanın həqiqətən də regionda enerji sektorunda liderliyini və qlobal enerji təhlükəsizliyini təcəssüm etdirir. Otuz il ərzində iki millətimiz, iki xalqımız həqiqətən də enerji sərvətləri fonunda karbohidrogen sektorunda liderliyini nümayiş etdirmişdir. Həqiqətən də qlobal enerji ehtiyatlarının növbəti onillərlə qarşılanması baxımından da bu çox önəmlidir ki, hər bir xalqın resursları öz rifahına xidmət etsin.
ABŞ Azərbaycanla tərəfdaşlığını enerji sabitliyinin həyata keçirilməsinin mümkünlüyü istiqamətində də davam etdirmək əzmindədir. Biz bu önəmli sektorla birlikdə səylərimizi enerji müstəqilliyinin dayanıqlılığı və iqtisadi artım istiqamətində reallaşdıra bilərik. Bu gözəl tədbirlə bağlı bir daha təbriklərimi çatdırıram”.
İqtisadçı ekspert Xalid Kərimli Sherg.az-a deyib ki, ABŞ və Azərbaycan arasında enerji sahəsində davamlı və strateji əməkdaşlıq mövcuddur:
"Vaşinqton “Əsrin müqaviləsi”nin hazırlanmasında və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin reallaşdırılmasında mühüm rol oynayıb. ABŞ bu layihələrə siyasi və strateji dəstək verərək Azərbaycanın enerji təhlükəsizliyinə töhfə göstərib. Bundan əlavə, Azərbaycan ABŞ-in əsas investorlarından biri olduğu beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsini təmin edib. Enerji sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi hər iki ölkə üçün faydalı və arzuolunandır. Digər tərəfdən, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik məsələlərində fəal iştirak edir. ABŞ isə Cənubi Qafqaz regionunda sülh, sabitlik və regional əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Donald Tramp da Mərkəzi Asiyanın enerji resurslarının Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılmasının strateji əhəmiyyətini dərk edir. Bu da Azərbaycanın regionda enerji və nəqliyyat qovşağı kimi mövqeyini bir daha təsdiqləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya