"Açıqlanan dəstək paketləri heç şübhəsiz ki, ilkin paketlərdir" - Rektor müşaviri
Şəymən Bayramova
13:49 02.04.2020
İqtisadiyyat
1181
"Biz bu çətin iqtisadi vəzəiyyətin hələ nə qədər davam edəcəyini bilmirik"
Azərbaycan hökuməti vətəndaşlarımızın həyat və sağlamlığını qorumaq üçün şüurlu şəkildə iqtisadi fəallığın azalmasına gedir və iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə bu subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasına dəstək verir.
Məhz bu məqsədlə İqtisadi sektorlar və sahibkarlar üçün geniş və əhatəli dövlət dəstəyi proqramları hazırlanıb.
Dövlət dəstəyi proqramı ilə bağlı "Sherg.az"a danışan Dövlət İqtisad Universitetinin rektorunun müşaviri, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə hazırlanan proqramların hər birinin özünəməxsus əhəmiyyəti olduğunu deyib.
Xüsusilə, qida və tiib sektorunda ƏDV-nin tətbiqinin dayandırılması, həssas təbəqələrdən olan tələbələrin təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi tədbirlərinin çox düzgün seçildiyini bildirmək istəyirəm:
“Hazırda tibb və qida sektorlarında iqtisadi fəaliyyətlərin davamlılığının təmin edilməsi və inflyasiya təzyiqinin neytrallaşdırılması ən vacib məsələlərdəndir. Eyni zamanda ali təhsil müəssisələrinin də gəlirlərinin əsasən təhsil haqqlarından formalaşdığını nəzərə alsaq, həssas təbəqələrin təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi ali təhsil müəssisələrinin maliyyə dayanıqlılığının təmin edilməsi baxımından da çox vacibdir. Hazırda ali təhsil sektorunda çalışan minlərlə insanın əmək haqqları əsasən məhz bu təhsil haqqları hesabına ödənilir. Digər tədbirlər də bank sektorunun dayanıqlılığının təmini, məşğulluğun qorunması, sahibkarlara dəyən zərərin bir hissəsinin qarşılanması, əhaliyə maddi yardımın göstərilməsi və bütövlükdə iqtisadi aktivliyin dəstəklənməsinə istiqamətlənmişdir. Açıqlanan bu dəstək paketləri heç şübhəsiz ki, ilkin paketlərdir. Biz bu çətin iqtisadi vəzəiyyətin hələ nə qədər davam edəcəyini bilmirik. Çünkü problemin həlli iqtisadi deyil. Məhz tibb sektorunda baş verəcək proseslərdən asılıdır. Proses uzandıqca, ola bilsin ki, qarşıdakı dövrdə yeni dəstək paketlərinə ehtiyac olsun. İstənilən halda bütün iqtisadiyyatlar, o cümlədən də Azərbaycan iqtisadiyyatı bu prosedən itkilərlə çıxacaq. Sadəcə alınan tədbirlər, bu itkilərin minimumlaşdırılmasına və iqtisadi artım potensialının qorunub saxlanılmasına xidmət edir. Ancaq burada ən vacib məsələ, nəzərədə tutulan dəstək paketlərinin sürətlə icra edilməyə başlanmasıdır. Biz bu tədbirləri nə qədər tez həyata keçirməyə başlasaq, mövcud problemlərin dərinləşməsinin də qarşısını ala bilərik. Əks halda, problemlər dərinləşəcək və bunları aradan qaldırmaq da çətin olacaqdır. Sosial dəstək paketi isə hələ açıqlanmayıb. Düşünürəm ki, bu dəstək paketi də kifayət qədər əhatəli olmalıdır və ölkədə istehlak aktivliyini qorunmasına xidmət etməlidir”.
E. Bağırzadənin sözlərinə görə, bu gün iqtisadi baxımından "evdən istehlak" və "evdən investisiya" "evdə qal" qədər əhəmiyyətlidir. Təkrar istehsal prosesinin davam etməsi üçün istehlak səviyyəsi kəskin aşağı düşməməlidir:
“Eyni zamanda iqtisadi artım potensialının qorunub saxlanılması üçün də investisiya fəaliyyətləri tamamilə dayanmamalıdır. Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan iqtisadiyyatı üçün digər bir təhdid də dünya neft bazarında baş verən proseslərdir. Bizim tətbiq etdiyimiz iqtisadi paketlərin nəticələri həm də dünya neft bazarında baş verən proseslərdən asılı olacaqdır. Nəhayət, açıqlanan dəstək paketləri, şübhəsiz ki, maliyyə siyasəti alətlərinə əsaslanır. Bu paketlərin monetar siyasət alətləri ilə də dəstəklənməsinə ehtiyac vardır. Düşünürəm ki, qarşıdakı dövrdə biz bunun da şahidi olacağıq. Proqnozlarımız göstərir ki, koronovirus problemi zəiflədikdən sonra dünya iqtisadiyyatında baş verəcək əsas dəyişiklik sənaye 4.0 və sənaye 5.0 konsepsiyalarının sürətlə reallaşmağa başlayacağıdır. Bu baxımdan rəqəmsallaşma və informasiya-kommunikasiya sektoru birmənalı şəkildə iqtisadi artımın və iqtisadi rəqabətliliyin təməlini təşkil edəcəkdir. Ona görə Azərbaycanın iqtisadi artım potensialını qoruyub saxlamaq istəyirsə, elə vaxt itirmədən bu gündən başlayaraq bu istiqamətlərə investisiyalarını artırmalı və müvafiq infrastruktur imkanlarını gücləndirməlidir. Düşünürəm ki, dəsətək paketlərinin tətbiqində bu məsələ də nəzərə alınmalıdır. Rəqabətli olmayan iqtisadi fəaliyyətlərlə iqtisadi artımın davam etdirilməsi daha da çətinləşəcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol