Aİ-nin Rusiya qazından asılılığı azalır
Yusif Nəzərli
15:54 21.05.2025
İqtisadiyyat
425
Avropa İttifaqının (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalının dəyəri son dörd ildə 4,6 dəfə artıb.
Teleqraf xəbər verir ki, bu barədə "Eurostat" məlumat yayıb.
Statistika agentliyinin məlumatına görə, bahalaşma ilə əlaqədar olaraq, bu ilin birinci rübündə Rusiyadan maye qazın idxal dəyəri 2021-ci ilin birinci rübü ilə müqayisədə 359% artıb.
Bununla yanaşı, Rusiyanın Aİ-yə LNG ixracında payı azalaraq 19%-ə düşüb. Aİ bazarında maye qaz tədarükünün əsas hissəsi isə 48% olmaqla ABŞ-nin payına düşüb.
Rusiya boru kəməri ilə Avropaya qaz tədarükündə də mövqeyini əhəmiyyətli dərəcədə itirib. 2021-ci ilin birinci rübündə 48% olan bu göstərici 2025-ci ildə 17%-ə enib. Əksinə Norveç və Əlcəzair kimi alternativ təchizatçılar bazarda daha böyük yer tutmağa başlayıb. Belə ki, Avropaya qazın boru kəmərləri vasitəsilə ötürülməsində Əlcəzairin payı 30%-ə yüksəlib.
ABŞ isə enerji ixracında yeni rekordlar qırır.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu ilin mart ayında ölkə tarixində ilk dəfə 458 milyard kub fut (təxminən 13 milyard kubmetr) LNG ixrac edilib. Bu göstərici həm aylar, həm də illər üzrə ciddi artımı əks etdirir. Martda ixrac fevral ayına nisbətən 11,9%, 2024-cü ilin martı ilə müqayisədə isə 23,8% artıb.
Ümumilikdə, ABŞ 2025-ci ilin ilk rübündə 1,282 trilyon kub fut LNG ixrac edib və bunun təxminən 80%-i Avropaya göndərilib. Yalnız bu dövrdə Avropaya ixrac edilən LNG həcmi 29 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir. Əksinə, Asiyaya göndərişlər 48% azalıb və cəmi 4,4 milyard kubmetrə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm