Almaniyanın ixrac və idxal həcmi azalıb
02:40 09.09.2025
İqtisadiyyat
450
Bu ilin iyulunda Almaniyanın ixracatı iyunla müqayisədə 0,6 faiz, idxal isə 0,1 faiz azalıb. İyulda Almaniyadan 130,2 milyard avro dəyərində mal ixrac edilib, ölkəyə 115,4 milyard avro dəyərində məhsul idxal olunub. Ötən ilin müvafiq ayı ilə müqayisədə ixrac 1,4 faiz, idxal isə 4,3 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin məlumatında bildirilib.
Ölkənin xarici ticarət saldosu iyulda 14,7 milyard avro təşkil edib. Bu rəqəm iyunda 15,4 milyard avro, ötən ilin iyulunda isə 17,7 milyard avro olub.
Avropa İttifaqı (Aİ) ölkələrinə 74,8 milyard avroluq ixrac, 60,3 milyard avro dəyərində idxal həyata keçirilib. Bu, iyunla müqayisədə müvafiq olaraq 2,5 faiz və 1,1 faiz çoxdur. Avrozonaya isə ixrac 52 milyard avro (+2,5 faiz), idxal 39,8 milyard avro (+1,3 faiz) təşkil edib.
Aİ xaricindəki ölkələrə ixrac 55,3 milyard avro, idxal 55,1 milyard avro olub. Almaniyadan ən çox ixracat ABŞ-a həyata keçirilib. Bu rəqəm iyunla müqayisədə 7,9 faiz azalaraq 11,1 milyard avro təşkil edib. Bu, ardıcıl dördüncü aylıq azalma olmaqla yanaşı, 2021-ci ilin dekabrından sonra ən aşağı göstəricidir. Çinə ixrac iyunla müqayisədə 7,3 faiz azalaraq 6,4 milyard avro, Birləşmiş Krallığa isə 3,1 faiz azalaraq 7 milyard avro olub.
İyulda Almaniyaya ən çox Çindən - 14,3 milyard avro dəyərində mal gətirilib. Bu, əvvəlki aya nisbətən 2,4 faiz azdır. ABŞ-dan idxal 10 azalaraq 7,8 milyard avroya düşüb, Birləşmiş Krallıqdan idxal isə 7,8 faiz artaraq 3,2 milyard avroya çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm