APA xəbər verir ki, bu barədə “Die Welt” qəzeti yazıb.
Məlumata görə, sənaye üçün strateji əhəmiyyət daşıyan Reyn və Rur bölgələrində yerləşən bir sıra zavodlar bağlanma təhlükəsi ilə üzləşib. Nəşr qeyd edir ki, beynəlxalq kimya konserni Ineos yaxın günlərdə Şimali Reyn-Vestfaliya əyalətinin Vezen bölgəsindəki iki zavodun bağlanacağını elan edib.
Bu qərar nəticəsində 175 nəfərin iş yeri ixtisar olunacaq. Şirkət yay aylarında Rekklinqhauzen bölgəsindəki müəssisənin fəaliyyətini dayandıracağını da açıqlayıb.
Bu isə 2027-ci ilin sonunadək daha 280 iş yerinin ləğv olunması deməkdir.
Bu faktar da Almaniya sənayesinə əlavə iqtisadi yük yaradır və onun beynəlxalq rəqabət qabiliyyətini zəiflədir.