"Aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir” - İqtisadçı nikbindir
Fidan Həmişəyeva
12:14 28.05.2020
İqtisadiyyat
1556
Azərbaycan nefti ucuzlaşıb. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 27-də 35,13 dollar/barel təşkil edib. Bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 34,39 dollar/barel təşkil edib. Bu qiymət əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.
Neftin qiymətinin ucuzlaşmasının səbəbləri ilə bağlı “Sherg.az”a danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban bildirib ki, 10 günə yaxındır dünya bazarında neftin qiymətinin 30-35 dollar arasında stabilləşməsi bərqərar olub.
İqtisadçının sözlərinə görə, neft qiymətinin kiçik korreksiyalarla 36 dollara doğru da artması müşahidə olunub:
“Hazırda brent markalı neftin 34 dollar istiqamətində olması müşahidə olunur. Bu, bazarda vaxtaşırı baş tutan korreksiyalarla əlaqədardır. ABŞ-ın Enerji Administrasiyası ölkədəki həftəlik neft ehtiyatları ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Bu hesabat proqnozlarda deyildiyindən daha çox ölkədə neft ehtiyatının toplanmasını göstərir. Nəticədə bu bazara təsir edir və qiymətlər bir qədər azalır. Ümumilikdə isə bazarda stabillikdir. Hazırda bazar dünya iqtisadiyyatının artım tempinə mütənasib olaraq adekvat qiymətini nümayiş etdirir”.
İ.Şaban vurğulayıb ki, bundan sonra da qiymətlərin ucuzlaşması müşayət olunacaq. Çünki neftin qiymətinin ucuzlaşmasına əsas səbəb COVİD-19 pandemiyasıdır:
“Bu pandemiya dünya iqtisadiyyatını karantin rejiminə gətirib çıxardı. Karantin rejimi hərəkəti məhdudlaşdırdı. Hərəkətin məhdudlaşdırılması isə enerji daşıyıcılarına olan tələbatı azaltdı. Hazırda böyük istehlakçı ölkələri pandemiyanın təsirlərini ya yumuşaldır, ya da ondan çıxmağa doğru hərəkət edirlər. Düzdür, Latın Amerikasında əks proses gedir. Amma bu, dünyanın hamısı deyil. Bir tərəfdə yaxşılıqdır, digər tərəfdə isə pis vəziyyətdir. Lakin istənilən halda aprel ayı ilə müqayisədə neftin qiyməti ortalama olaraq iki dəfə yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə