Artıq təcrübəmiz var !- “Laçın, Şuşa və Kəlbəcərdə qış turizmi...”
Yusif Sultanoğlu
12:36 03.12.2020
İqtisadiyyat
1484
İşğaldan azad edilən Laçın rayonu turizm məkanı kimi böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı, İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Ekspertlər bildirir ki, relyefin dağlıq olması burada dağ və qış turizminin inkişafına təkan verəcək. Laçın rayonunun qış turizmi üçün əlverlişi şəraitinin olduğu xüsusilə vurğulanır. Rayonun təbiəti yeni turizm növlərinin təbiqinə də şərait yaradır. Hətta Azərbaycan Turizm Assosiasiyası (ATA) da bu məqsədlə layihələr üzərində işlədiyini açıqlayıb. Qurumun İdarə Heyətinin sədri Əhməd Qurbanov deyib ki, Laçında hər zaman toxuculuq, misgərlik kimi sənət növləri olub:
“Biz gələcəkdə turistlərin tariximizi öz gözləri ilə görmələri üçün onu yeni turizm növü kimi təqdim edə bilərik. Yol-nəqliyyat infrastrukturu inkişaf etdikdən sonra yeni marşrut xətləri çəkiləcək. Eyni zamanda turizm qurumları tərəfindən yeni turizm marşrutları yaradılacaq”.
Həmçinin bildirilib ki, Azərbaycan Turizm Assosiasiyası işğaldan azad edilən ərazilərdə “Qarabağ Azərbaycandır” layihəsinə start verib. Layihə çərçivəsində Laçında da yeni turizm marşrutlarının hazırlanması ilə bağlı işlər görülür.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimov Şuşa, Kəlbəcər və Laçın rayonlarının turizm sektoru üçün əlverişli olduğunu söyləyib:
“Bu ərazilər xüsusilə də qış turizmi üçün yararlıdır. Artıq Azərbaycanın bu sahədə kifayət qədər təcrübəsi var. Məsələn Qusar rayonunda Şahdağ turizm mərkəzi fəaliyyət göstərir. Yəni təcrübədə layihəmizin icra mexanizmini hərəkətə gətirilib.
Bu nöqteyi nəzərdən Laçın, Şuşa və Kəlbəcər geostrateji mövqeyinə, təbiətinə görə daha əlverişli hesab olunur.
Əlbəttə, ilk növbədə təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. Artıq hökümətimizin baş planına əsasən həmin torpaqlarda bu istiqamətdə işlər görüləcək.
Qısa zamanda ordan gələn gəlirləri iqtisadi dövriyyəyə cəlb etmək mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq