“Asiya İnkişaf Bankı Azərbaycanın islahat paketini yüksək qiymətləndirib”
14:53 04.06.2020
İqtisadiyyat
990
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.Bu videokonfransa Asiya İnkişaf Bankının Direktorlar Şurasında Azərbaycan üzrə icraçı direktor Antoni Makdonald, bankın vitse-prezidenti Şiksin Çen, Mərkəzi və Qərbi Asiya üzrə baş direktor Verner Lipax və bankın Azərbaycan ofisinin direktoru Nariman Mannapbekov da qoşulub.
"Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlıq 1999-cu ildən bəri dərinləşməkdədir.Ötən dövr ərzində bir sıra layihələr icra edilmiş, həmçinin birgə regional əməkdaşlıq genişlənib. Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının 2015-ci ildə Bakıda uğurla keçirilməsi qarşılıqlı etimad və hörmət üzərində qurulmuş tərəfdaşlığımızın bariz nümunəsi olub".
Görüşü "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynovun sözlərinə görə, videokonfransda toxunulan digər önəmli məqam ondan ibarətdir ki, Azərbaycan Asiya İnkişaf Bankı etibarlı tərəfdaşı olaraq COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir:
“Hazırda Asiya İnkişaf Bankının Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür.Bu vəsait Azərbaycana infrastruktur sahələrinə investisiya yatırmağa kömək edib. Elektrik enerjisinin istehsalı, dəmir yolu tikintisi, yol tikintisi, su və kanalizasiya ilə bağlı çoxsaylı infrastruktur layihələrininAsiya İnkişaf Bankı tərəfindən dəstəklənməsi ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinə maliyyə dəstəyi də göstərmişdir. Asiya İnkişaf Bankı bu layihəyə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub.Cənub Qaz Dəhlizi çox vacib bir layihədir. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb".
Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında perspektiv əməkdaşlıq imkanlarına toxunan İ. Hüseynov bildirib ki, buraya suvarma və təhsillə bağlı icra olunacaq bəzi layihələri aid edə bilərik. Digər tərəfdən,özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək məsələləri də prioritet təşkil edir:
"Növbəti diqqətçəkən məqam ondan ibarətdir ki, videokonfrans zamanı Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava COVİD-19 koronavirus pandemiyası ilə mübarizə və onun Azərbaycana təsiri ilə bağlı ölkəmizdə həyata keçirilən nəhəng islahat paketini yüksək qiymətləndirib. Bu dövrdəAzərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında iştirakı və digər önəmli təşəbbüslər də videokonfrans zamanı vurğulanıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində mümkün olub. Bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq mühüm nailiyyət kimi dəyərləndirilir".
Politoloq hesab edir ki, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırması da təqdirəlayiq hal kimi qiymətləndirilir. Həmçinin, pandemiyadan əziyyət çəkən 13 ölkəyə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm