“Avropa İttifaqı Azərbaycan üçün yeni bazardır”
Fidan Həmişəyeva
09:40 19.06.2020
İqtisadiyyat
1182
“Azərbaycan məhsullarının Aİ bazarına daxil olması əsas prioritetlərdən biridir, rəqabətli bazardır və rentabellidir”
“Xüsusən qeyri-neft sektorunda çalışan sahibkarlar üçün gəlir əldə etmək imkanları daha genişdir”
“Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ümumi ticarət dövriyyəsinin 40 faizində çoxdu Aİ-nin payına düşür. Həmçinin Azərbaycan ixracatının təxminən yarısı məhz Avropa Birliyinə yönəlib”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Aİ ilə şərqi tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlıq edir:
“Bu proqram tərəfindən həyata keçirilən əməkdaşlıqlardan da biri də iqtisadi inteqrasiya və standartların uyğunlaşdırılması istiqamətidir. Azərbaycan şərqi tərəfdaşlıq proqramı çərçivəsində Aİ ilə məhz standartların tətbiq edilməsi istiqamətində əməkdaşlığı davam etdirir. Eyni zamanda Aİ Azərbaycan üçün əsas yeni bazardır. Aİ 500 milyondan artıq istehlakçısı olan bir bazardır. Azərbaycan məhsullarının Aİ bazarına daxil olması əsas prioritetlərdən biridir, rəqabətli bazardır və rentabellidir. Xüsusən qeyri-neft sektorunda çalışan sahibkarlar üçün gəlir əldə etmək imkanları daha genişdir”.
V.Bayramov bildirib ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən ölkədir:
“Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Bu il ərzində məhz TAP-ın tikintisinin tamamlanması və mavi qazın son olaraq İtaliya bazarına çıxarılacağı gözlənilir. Bu da imkan verəcək ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində alternativ yeni mənbə rolunu oynasın. Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31.5 milyard kub metrdir. Birinci mərhələdə Avropaya 10 milyard kub metr, ikinci mərhələdə isə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub. Bu da Azərbaycan-Aİ arasında əməkdaşlığın gücləndirilməsi ilə yanaşı, eyni zamanda Azərbaycanın Avropanın təhlükəsizliyinə töhfəsinin artmasına gətirib çıxaracaq. Tərəflər arasında əməkdaşlıq stratejidir. Cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan müstəqil şəkildə xarici siyasətini qurur və xarici-iqtisadi siyasətin qurulmasında müstəqil mövqe nümayiş etdirir.
Bu ondan xəbər verir ki, Azərbaycan müstəqil mövqeyini qorumaqla növbəti mərhələdə də strateji olaraq Aİ ilə əməkdaşlığın dərinləşməsini həyata keçirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə