Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ!- “İndi əsl vaxtıdır”
Fidan Həmişəyeva
15:50 28.07.2020
İqtisadiyyat
1569
“Çünki pulu olan şəxslər hazırda maşını ucuz qiymətə alacaq”
“Pandemiya bitdikdən sonra qiymətlərin bu şəkildə qalacağı sual altındadır”
“Avtomobil bazarımız daim alverçilərin əlində olduğuna görə, onlar istər-istəməz bazara təsir göstərəcəklər. Yəni qiymət artımı qaçılmazdır”
Pandemiyanın vurduğu ziyanlar avtomobil bazarlarından yan keçməyib. Xüsusi karantin rejimi dövründə maşın bazarı da bağlı qalan sahələr sırasındadır. Və nəticə etibarı ilə ölkəmizin avtomobil bazarında kəskin ucuzlaşma hökm sürür. Bir sözlə, bazarın və avtosalonların fəaliyyət göstərməməsi, rayonlardan insanların gəlişinə icazənin verilməməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarıb.
Ekspertlər də bildirirlər ki, hazırda ölkədə maşınların satışı yalnız sayt və avtomobil satış səhifələrində aparılır. Ancaq yenə də alıcı qıtlığı var. Satışlar yox səviyyəsindədir.
Durumu “Sherg.az”a şərh edən “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bazardakı vəziyyət uzun müddət davam edəcək. Çünki insanlar pandemiya dövründə avtomobil almaq və dəyişdirmək kimi fikirlərini arxa plana keçirirlər. Bazardakı durğunluq da məhz bununla bağlıdır. Ekspert bildirib ki, əvvəllər maşın almağı planlaşdıran və yaxud dəyişmək istəyən minlərlə insan var idi:
“Onların əksəriyyəti hazırda tərəddüd içindədir. Düşünürlər ki, bəlkə, pandemiya uzun müddət davam edəcək . Ona görə də nə risk edib maşın alırlar, nə də əllərindəkini dəyişmək istəyirlər. Amma dəyişənlər və alanlar da var. Onlar uzun müddət götür-qoy ediblər və gəlirləri daimidir, heç bir sıxıntı keçirmirlər. Belə şəxslərə pandemiya cüzi təsir göstərib”.
E.Muradlı vurğulayıb ki, maşın bazarındakı proses epidemiya bitdikdən sonra təxminən 1 il davam edəcək:
“Çünki iqtisadiyyatın bir çox sahələri pandemiyadan əziyyət çəkib, iş yerləri bağlanıb, şəxsi və ailə büdcəsi darmadağın olan insanlar var. Ona görə də insanlar 1 il ərzində özlərinə gələ bilərlər. Lakin pandemiyanın nə zaman bitəcəyi məlum deyil”.
Ekspert qeyd edib ki, imkanı olan və avtomobil almaq istəyənlər üçün indi daha əlverişli şərait var:
“Durumu yaxşı olanlar ilin əvvəlində hansısa maşını alsaydılar, 2-3 min manat baha alacaqdılar. Ona görə bəziləri üçün əlverişli şəraitdir. İndi əsl vaxtıdır. Çünki pulu olan şəxslər hazırda maşını ucuz qiymətə alacaq. Amma pandemiya bitdikdən sonra qiymətlərin bu şəkildə qalacağı sual altındadır. Avtomobil bazarımız daim alverçilərin əlində olduğuna görə, onlar istər-istəməz bazara təsir göstərəcəklər. Yəni qiymət artımı qaçılmazdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm