Avtomobillərin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA
Nihat Müzəffər
07:59 02.07.2020
İqtisadiyyat
2017
“Avtomobil bazarındakı durğunluq qiymətləri endirə bilər”
Bu barədə “Sherg.az”a maşın bazarındakı son vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
Onun sözlərinə görə, “COVİD-19” pandemiyası bütün sahələr kimi maşın bazarına da təsirsiz ötüşmədi:
“Hazırda mövcud situasiyanın təsiri ilə ikinci əl avtomobil bazarı genişlənib. Xüsusilə də son vaxtlar 15 min manatdan aşağı olan maşınlara tələbat artıb. Bu faktor lüks kateqoriyalı avtomobillərə tələbatın azalmasına gətirib çıxaracaq. Böyük ehtimalla bazarda lüks kateqoriyalı avtomobillərin sayı çoxalacaq. Çünki sahibkarlıq sübyektləri maliyyə təsərrüfat fəaliyyətində yaranan problemləri aradan qaldırmaq məqsədi ilə avtomobil kimi aktivlər bazara çıxaracaq".
Beləliklə də bazarda lüks kateqoriyalı avtomobillərdə təklif çoxalacaq. Bunun təsiri ilə də həmin maşınların qiyməti aşağı düşəcək. Düşünürəm ki, pandemiya dövründə ekonomklas avtomobillərə tələbat artacaq. Xüsusilə də bu cür avtomobillərin idxalı və istehsalı bir qədər artacaq”.
R.Həsənov onu da söyləyib ki, Gürcüstan bazarlarından ölkəyə fərdi şəkildə avtomobillərin gətirilməsi prosesi sərhədlərin bağlanması ilə dayanıb:
“Lakin bu proses bazara heç bir təsir göstərə bilməyəcək. Çünki pandemiya ilə bağlı olaraq avtomobil bazarında tələb aşağı düşüb. Ona görə bu proses qiymətləri endirməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region